AZ

Bakıda süd məhsullarının emalı müəssisəsinin qanunsuz fəaliyyəti aşkarlandı

BAKI, 17 sentyabr. TELEQRAF

Daxil olan müraciət əsasında Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində fəaliyyət göstərən süd məhsullarının emalı müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yoxlama keçirilib.

Teleqraf xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, müəssisə fiziki şəxs Qurbanov Asif Yusif oğluna məxsus olub.

Baxış zamanı emal müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Süd məhsullarının saxlanma şəraitinə əməl olunmadığı, mütəmadi olaraq təmizlik işlərinin görülmədiyi, yuma sahəsində tullantı və digər materialların saxlandığı, temperatura nəzarət cihazının yerləşdirilmədiyi və digər nöqsanlar aşkarlanıb. Həmçinin anbarda minimum keyfiyyət və təhlükəsizliyinə dair müşayiətedici sənədləri, etiket və markalanması olmayan şor, dovğa, xama, kəsmik məhsulları aşkarlanıb. Nümunələr götürülərək müayinələrə cəlb olunub.

Faktla bağlı nöqsanlar aradan qaldırılanadək müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib edilib. Araşdırmalar davam etdirilir.

Seçilən
14
3
teleqraf.com

4Mənbələr