AZ

Azərbaycanlı tələbələr Qazaxıstanda təqaüdlə təhsil alacaqlar

2025-2026-cı tədris ili üzrə Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində 10 nəfər azərbaycanlı Qazaxıstanda təhsil almaq hüququ qazanıb.

“Cebheinfo.az” xəbər verir ki, proqram 3 aprel 2017-ci il tarixli “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Qazaxıstan Respublikasının Elm və Ali Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Sazişə dəyişikliklər edilməsi haqqında Protokol”a uyğun olaraq həyata keçirilir. Protokola əsasən, tələbələrimiz bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə Qazaxıstanda təhsil alacaqlar.

Qazaxıstan tərəfinin yekun qərarına əsasən, seçilən tələbələr bu ölkənin nüfuzlu ali təhsil müəssisələrində yerləşdiriliblər. Belə ki, onların 6 nəfəri “QS 2026 Dünya Universitetlərinin Reytinq” cədvəlində 166-cı yerdə qərarlaşan Al-Farabi Kazakh National University-də, 2 nəfəri 377-ci yerdə olan L.N. Gumilyov Eurasian National University-də, 1 nəfəri Astana International University-də, 1 nəfəri isə Academy of Physical Education and Mass Sports ali təhsil müəssisəsində təhsil alacaq.

Tələbələrdən 2 nəfəri bakalavriat, 7 nəfəri magistratura, 1 nəfəri isə doktorantura səviyyəsi üzrə qəbul olunub. Onlar iqtisadiyyat və idarəetmə, humanitar və sosial, texniki və texnoloji ixtisas istiqamətləri üzrə təhsil alacaqlar. Qeyd edək ki, müvafiq təqaüd proqramı barədə elan cari ilin 18 mart tarixində ictimaiyyətə təqdim olunub.

Seçilən
24
17
cebheinfo.az

10Mənbələr