"Qarabağ"ı Çempionlar Liqasındakı qələbə münasibətilə AFFA prezidenti Rövşən Nəcəf də təbrik edib.

Offsideplus.az xəbər verir ki, o, paylaşımında bunları qeyd edib:

"UEFA Çempionlar Liqasının Liqa mərhələsinə möhtəşəm qələbə ilə başlayan "Qarabağ" Futbol Klubunu ürəkdən təbrik edirəm. Komandamıza qarşıdakı oyunlarda da uğurlar arzulayıram.

Təbriklər!!!"