AZ

Tokayev qiyamət savaşının ola biləcəyini bildirib

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev nüvə münaqişəsi riskini yüksək qiymətləndirib...

Poliqon Tengrinews-ə istinadən xəbər verir ki, bu sözləri onun Astanada keçirilən Dünya Dinləri Liderlərinin VIII Qurultayında çıxışı zamanı deyib.

"Nüvə münaqişəsi riski narahatlıq doğurur. Belə bir Armageddon ehtimalı ekspertlər tərəfindən son onilliklərin ən yüksək göstəricisi kimi qiymətləndirilir", deyən prezident konstruktiv təşəbbüslər və detente siyasəti əvəzinə dünyada qarşıdurma düşüncəsinin gücləndiyini, geosiyasi çatışmazlıq xətlərinin genişləndiyini qeyd edib.

Onun fikrincə, bu şəraitdə konstruktiv diplomatiya qarşılıqlı yadlaşmanın aradan qaldırılmasında və beynəlxalq aləmdə etimadın artırılmasında əsas rol oynamalıdır.

Tokayev əmin olduğunu bildirib ki, dini liderlər dünyanın xaos uçurumuna sürüşməsinin qarşısını almaq üçün hər cür səy göstərəcəklər.

Qeyd edək ki, Armageddon dini mənbələrdə dünyanın sonu gələn zaman olacağı deyilən qiyamət savaşının adıdır.

Poliqon.info

Seçilən
52
poliqon.info

1Mənbələr