AZ

Ev işi görmək ömrü uzadır

ain.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ev işi görən qadınların ömürlərinin əlavə 3 il uzandığı bildirilit.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Hollandiyanın Rotterdam Universitetində aparılan bir araşdırma, mütəmadi olaraq ev işi görən insanların ömürlərinin əlavə 3 il uzandığını ortaya qoyub.

7 min kişi və qadının gündəlik fəaliyyətlərini araşdıran mütəxəssislər, ev işlərinin kişilər üzərində eyni effekti göstərmədiyini, əlavə ev işi görən kişilərin ömrünün uzandığına dair hər hansı sübut tapmadıqlarını bildiriblər. Araşdırma qrupunun rəhbəri doktor Klodian Dhana isə bağ işləri ilə məşğul olmağın kişilərin ömrünü uzatdığını vurğulayaraq deyib: “Bağ işləri ilə məşğul olan kişilərin ömrü orta hesabla 2,7 il uzanır. Qadınlarda isə bunu müşahidə etmədik”.

Döşəmə silmək

Bezi yerə qoyun. Bir qolunuzdan dəstək alıb digər qolunuzu bükmədən bədəni irəli uzadın. Qolun ən çox uzandığı nöqtədə bezi qolunuzu bükmədən özünüzə çəkin və bədənin qalxmasına imkan verin. Hərəkəti təkrar edin. Bu hərəkət yuxarı qolu, qarın və bel əzələlərini işləyir. 30 dəqiqəlik hərəkət 200 kalori yandırır. 45 dəqiqə rəqs etməklə eyni təsirə malikdir.

Xalçanı qaldırmaq-sərmək

Xalçanın ortasına keçin, dizlərinizin üstünə oturun və əyilərək xalçanın ucunu tutun. Xalçanın ucunu özünüzə doğru çəkərək qalxın. Qalxdıqdan sonra xalçanın üstündən geri addımlayaraq onu daşıyın.

Xalçanı yerə qoyun və üzərindəki düzəlişləri diz üstə oturaraq edin. 30 dəqiqəlik bu hərəkət 180 kalori yandırır. 35 dəqiqə qolf oynamaqla eyni təsirə malikdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
lent.az

1Mənbələr