AZ

Paşinyan Azərbaycanla sülhə sadiq olduğunu təsdiqləyib

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün daha da institutlaşdırılması istiqamətində işləməyə sadiqliyini təsdiqləyib.

"Report"un məlumatına görə, Ermənistanın Baş naziri bu barədə "X" sosial şəbəkəsindəki səhifəsində ABŞ Prezidenti Donald Trampın 8 avqust Vaşinqton görüşü ilə bağlı paylaşımını şərh edərkən bildirib.

"Bir daha Donald Trampa Azərbaycanla bu tarixi sazişin bağlanmasında vasitəçiliyinə görə təşəkkürümü bildirirəm - buna əvvəllər heç kim nail olmamışdı. Sülhün daha da institutlaşdırılması və TRIPP-in (Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçən 42 kilometrlik hissəsi - red.) həyata keçirilməsi üçün işə sadiq qaldığımı təsdiqləyirəm", - N.Paşinyan yazıb.

Seçilən
40
18
qaziler.az

10Mənbələr