AZ

Gürcüstan Azərbaycana olan tarixi borcunu tam ödəyib

Gürcüstan

Ulusum.az xəbər verir ki, Gürcüstan Maliyyə Nazirliyi bu barədə məlumat yayıb.Bildirilib ki, sentyabr ayında Gürcüstan, 2004-cü ilin iyulunda Paris Klubunun kreditorları ilə razılaşma əsasında restrukturizasiya edilmiş xarici borcunu tam şəkildə qaytarıb. Borc yalnız Azərbaycana deyil, həmçinin Rusiya, Türkiyə, Qazaxıstan, Ermənistan, İran və Niderlanda da ödənilib. Qeyd olunub ki, bu borclar Gürcüstan müstəqillik əldə etdikdən sonra ilk illərdə yaranan xarici öhdəliklərə aiddir. Borc 1999-cu ilə qədər götürülmüş 160 milyon dolları, 1999-2004-cü illər arasında yığılmış faizləri və 2004-2006-cı illərdə ödənilməsi planlaşdırılan məbləği əhatə edir. Ümumilikdə, ödənilən məbləğ 225 milyon dollardan çoxdur.

Diqqət Çəkənlər

Məktəb mövsümündə uşaqlar necə qidalanmalıdır? Pediatrdan valideynlərə vacib tövsiyələr

"Qarabağ"dan Benfika səfərində tarixi geridönüş – 3:2!

“Qarabağ” “Benfika”nın üstünlüyünü alt-üst etdi: Gözlənilən qələbə əvəzinə 3:2-lik tarixi zəfər

Seçilən
7
ulusum.az

1Mənbələr