AZ

İsrail ordusu Qəzzada uşaq xəstəxanasını atəşə tutdu

İsrail ordusu Qəzza şəhərində 80 xəstənin olduğu uşaq xəstəxanasına hücum edib.

Missiya.Az "Haberglobal"a istinadən xəbər verir ki, Qəzza Səhiyyə Nazirliyindən verilən açıqlamada, dünən axşam saatlarında İsrail ordusunun bir neçə dəqiqəlik fərqlə xəstəxananın yuxarı mərtəbələrini üç dəfə hədəfə aldığı bildirilib.

Məlumata görə, xəstəxanada müxtəlif şöbələrdə müalicə alan 80 xəstə, reanimasiya şöbəsində 4 uşaq, yenidoğulmuşlar şöbəsində isə 8 körpə olub və hücumdan sonra 40 xəstə təhlükəsizlik və uşaqlarını xilas etmək üçün xəstəxananı tərk ediblər.

İlahə QənbərliMissiya.Az

Seçilən
34
missiya.az

1Mənbələr