AZ

"Leobank" Uşaq kartını təqdim edir:

“Unibank”ın mobil bankçılıq xidməti olan Leobank 7-18 yaş arası uşaqlar üçün “Leo Uşaq Kartı”nı müştərilərin istifadəsinə verib. Yeni məhsul uşaqlara pulu idarə etməyi öyrənməyə, valideynlərə isə hər bir xərcdən xəbərdar olmağa və prosesə nəzarət etməyə kömək etmək üçün nəzərdə tutulub. Öyrədənvə qoruyankart Leo Uşaq kartı uşağın əlində olan, lakin gücləndirilmiş valideyn nəzarəti imkanlarına malik tam hüquqlu bank məhsuludur. Kart pulsuz verilir və çatdırılır. Valideynlərdən biri özünün və uşağın şəxsiyyət vəsiqəsini təqdim etməklə ala bilər. Uşaq üçünimkanlar: Şəxsi kart və sadə interfeysə malik Leo tətbiqi Apple Pay və Google Pay vasitəsilə mağazalarda onlayn ödəniş Seçilmiş kateqoriyalarda 20%-dək keşbek Xəyallar üçün pul yığmaq məqsədilə illik 6% gəlirli Xəzinə Nailiyyətlər və dizaynlar — aktivliyə görə mükafatlar və kartın dizaynını dəyişdirmək imkanı Xərc analitikası – xərcləri izləmək və büdcəni planlaşdırmaq imkanı Valideynlər üçün imkanlar: Tam nəzarət – limitlər, alış kateqoriyalarının bloklanması, nağdlaşdırmanın qadağan edilməsi Hər bir əməliyyat haqqında bildirişlər və real vaxt rejimində çıxarışa giriş imkanı Pulsuz qeydiyyat, çatdırılma və kart balansının artırılması Kartı necə əldə etmək olar? Leobank tətbiqində "Menyu" bölməsini seçin → "Uşaq kartı aç" seçin Uşağın məlumatlarını doldurun və müraciəti təsdiqləyin Çatdırılma üsulunu və vaxtını göstərin (filial və ya kuryerlə) Leobank haqqında

Leobank Azərbaycanda ilk yalnız mobil bankçılıq xidmətidir. Artıq 1 milyondan çox insan onun müştərisinə çevrilib və banka getmədən xidmət və məhsullardan rahatlıqla istifadə imkanı qazanıb.

Seçilən
58
8
metbuat.az

9Mənbələr