AZ

“Benfika” Joze Mourinyo ilə razılığa gəldi KİV

Yeniavaz portalından verilən məlumata əsasən, ain.az bildirir.

Türkiyənin Superliqa nəhəngi “Fənərbağça”dan ayrılan portuqaliyalı baş məşqçi Joze Mourinyo “Benfika” ilə razılığa gəlib.

Yeniavaz.com xəbər verir ki, bu barədə “CNN Portuqaliya” telekanalı məlumat yayıb.

Məlumata görə, “Qarabağ”a 3:2 hesabı ilə məğlub olduqdan sonra Bruno Lajla yollarını ayıran klub rəhbərliyi Joze Mourinyonu baş məşqçi təyin etmək qərarına gəlib.

Telekanalın məlumatına görə, “Benfika”nın prezidenti Rui Kosta gecə saatlarında baş tutan görüşdə Mourinyo ilə ilkin razılıq əldə edib.

Veteran məşqçinin bu təklifi qəbul etdiyi bildirilir.

Portuqaliya klubu yaxın vaxtlarda rəsmi açıqlamanın vercək və təcrübəli mütəxəssilə rəsmi müqavilə imzalayacaq.

Qeyd edək ki, sentyabrın 16-da “Benfika” öz meydançasında “Qarabağ”a 3:2 hesabı ilə məğlub olub. Bu məğlubiyyətdən sonra rəhbərlik  “Benfika”nın baş məşqşisi Bruno Lajı istefaya göndərib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
2
yeniavaz.com

3Mənbələr