AZ

"Bəlkə də heç kim inanmırdı, amma biz inanırdıq" - Toral Bayramov

"Qarabağ"ın Çempionlar Liqasının əsas mərhələsinin 1-ci turunda "Benfika" üzərində səfər qələbəsini sözlə ifadə etmək çətindi.

"Football-plus.az" xəbər verir ki, bunu Heydər Əliyev Hava Limanında jurnalistlərə açıqlamasında "Qarabağ"ın futbolçusu Toral Bayramov deyib.

Müdafiəçi "Benfika" üzərində qələbənin unudulmaz olduğunu söyləyib:
"Bu, "Qarabağ" tarixinin unudulmaz oyunlarından biri idi. Hesabda 0:2 geriyə düşdükdən sonra bəlkə də heç kim inanmırdı. Amma biz inanırdıq. İnanıram ki, davamı gələcək".

Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının əsas mərhələsinin ilk oyununda Portuqaliyada "Benfika"nı üstələyib - 3:2. Bu, Azərbaycan təmsilçilərinin qitənin ən nüfuzlu klub turnirinin əsas mərhələsində ilk qələbəsi kimi tarixə düşüb.
Seçilən
19
2
football-plus.az

3Mənbələr