Azərbaycanın Türkmənistdan təbii qaz idxalının həcmi bir qədər də azalaraq 2025-ci ilin ilk yeddi ayının sonuna 200,35 milyon kub-metrə və ya 30.05 milyon ABŞ dollarına düşüb.
Banker.az xəbər verir ki, bu da illik müqayisədə həcmin 36 faiz azalması deməkdir.
İdxal edilmiş təbii qazın iyuldakı həcmi isə 13.35 milyon kub-metr olub. Ümumilikdə bu il əsas tələbin yarandığı qış aylarında da azalıb.
Azərbaycan təbii qazı Türkmənistandan birbaşa deyil, İran üzərindən idxal edir ki, bu da svop qaz sayılır. 2021-ci ildə Azərbaycan, İran və Türkmənistan liderlərinin Aşqabaddakı anlaşmasından sonra belə bir ticarət baş tutmağa başladı.