AZ

"Zəfəri xalqımıza və Prezident İlham Əliyevə həsr edirik" - Tahir Gözəl

UEFA Çempionlar Liqasının Liqa mərhələsinə "Benfika" üzərində qələbə ilə başlayan "Qarabağ" Portuqaliyadan qayıdıb.

Fanat.Az xəbər verir ki, Azərbaycan çempionunun prezidenti Tahir Gözəl Heydər Əliyev Beynəlxalq Hava Limanında təəssüratlarını bölüşüb. 

"Bu, böyük zəfərdir. Zəfəri xalqımıza və Prezident İlham Əliyevə həsr edirik. Qürur duyuruq. Azərbaycan gənclərinə bir mesajım var: özünüzə inanın! Azərbaycanlı olmaq dünyanın ən gözəl hisslərindən biridir. "Qarabağ"ın sistemi və illərin təcrübəsi var. Bu, klubdakı birliyin nəticəsidir. Qarşımızda son 9 oyunda məğlub olmayan bir klub var idi. Büdcəsi bizdən bəlkə də 15 dəfə böyük olan bir rəqiblə qarşılaşdıq. “Benfika” möhtəşəm klubdur. Onun rəhbəri, prezidenti – alicənab Rui Koşta özü də futbol adamıdır". 

Qeyd edək ki, "Qarabağ" rəqibini 3:2 hesabı ilə üstələyib. Bu, Azərbaycan təmsilçilərinin qitənin ən nüfuzlu klub turnirinin əsas mərhələsində ilk qələbəsi kimi tarixə düşüb.

Seçilən
30
50
fanat.az

10Mənbələr