AZ

İlin sonunadək Xocalıda bərpa ediləcək evlərin sayı açıqlandı

Xocalı rayonunun Şuşakənd kəndində ilin sonunadək daha 85 ev bərpa ediləcək.

News24.az "Report"-a istinadla xəbər verir ki, bunu Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı Prezidentin izi ilə Xocalıya təşkil olunan mediatur çərçivəsində deyib.

Onun sözlərinə görə, indiyədək kəndin sosial infrastrukturunun qurulması istiqamətində bir sıra layihələr həyata keçirilib və bu istiqamətdə işlər davam etdirilir:

"Belə ki, mövcud elektrik xətləri, üç su anbarı, subartezian quyusu bərpa olunub, transformator quraşdırılıb, sayğaclaşdırma işlərinə başlanılıb, qaz xətti çəkilib, mövcud içməli su şəbəkəsi təmir edilib.

Bundan başqa, rabitə xətlərinin layihəsi təsdiqlənib və bu istiqamətdə hazırlıq işləri görülür. Kənddə Bayraq meydanı salınıb, daxili yollar asfaltlanıb.

Şuşakənddə mövcud olan ümumilikdə 263 fərdi evdən 91-i yararsız, 172-si isə qismən yararlıdır. Bu evlərdən artıq 15-i istismara hazırdır. İlin sonunadək daha 85 ev bərpa ediləcək. 2026-cı ildə isə 72 evin bərpası planlaşdırılır. Hazırda kəndə 15 ailə (59 nəfər) qayıdıb".


Qeyd edək ki, Prezident İlham Əliyev sentyabrın 14-də Xocalı rayonunun Şuşakənd kəndində olub.



Seçilən
107
49
news24.az

10Mənbələr