Bu ilin yanvar-avqust aylarında ölkədə 47,9 min tondan çox pambıq mahlıcı, 13,2 min ton pambıq ipliyi istehsal edilib.
Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2024-cü ilin eyni dövrünün göstəricisinə nisbətdə pambıq mahlıcının istehsalı 32,6 faiz, pambıq ipliyinin istehsalı isə 23,5 faiz artıb.
Sentyabr ayının 1-nə hazır məhsul ehtiyatı pambıq mahlıcı üzrə 16,9 min ton, pambıq ipliyi üzrə isə 4,7 min ton təşkil edib.