AZ

Ronald Araujo “Liverpul”a keçə bilər

“Barselona”nın 26 yaşlı müdafiəçisi Ronald Araujonun qış transfer pəncərəsində İngiltərəyə yollanacağı istisna edilmir.

"Operativ Məlumat Mərkəzi-OMM" "Fichajes"ə istinadən verdiyi məlumata görə, “Liverpul” yanvarda uruquvaylı oyunçu üçün 50 milyon avro təklif etməyə hazırdır.

“Barselona” futbolçunu satmağı düşünür.

Hazırda Araujonun transfer dəyəri 35 milyon avro qiymətləndirilir.

Onun Kataloniya klubu ilə müqaviləsi 2031-ci ilin ortalarınadək qüvvədədir.

Seçilən
25
1
operativmm.az

2Mənbələr