Bakı, 17 sentyabr, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Bu barədə AZƏRTAC-a DİN-n mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, sentyabrın 16-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 tapança, 9 qumbara, 5 alışdırıcı, 14 tüfəng, 1 patron darağı və 895 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.