AZ

Qurban Qurbanov: "Bu qələbədən sonra böyük komandalar bizə problem yaratmağa çalışacaqlar"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Bu qələbədən sonra böyük komandalar bizi daha çox ciddiyə alıb, problem yaratmağa çalışacaqlar".
Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Qarabağ" klubun baş məşqçisi Qurban Qurbanov deyib.
Baş məşqçi növbəti mərhələyə adlamaq barədə danışarkən qeyd edib ki, rəqiblərin "Qarabağ"a qarşı necə ciddi hazırlaşdığını meydanda hiss ediblər:
"Növbəti mərhələ haqqında danışmaq hələ çox tezdir. Mən futbolçularıma bildirmişəm ki, futbol indi elə bir həddə çatıb ki, istənilən oyunda nəticə qazanmaq, geri dönüş etmək olar. Sadəcə, məsuliyyətli, diqqətli, inamlı olmaq lazımdır".
"İnanıram ki, bu qalibiyyət qarşıdakı oyunlarda da əlavə inam və əlavə güvən verəcək", - dəyə Q.Qurbanov bildirib.
Murad Həsənov
Seçilən
38
37
oxu.az

10Mənbələr