İndoneziya ilə Avropa İttifaqı (Aİ) arasında Hərtərəfli İqtisadi Əməkdaşlıq Sazişi üzrə danışıqlar başa çatıb. Sənədin imzalanması 23 sentyabr tarixində İndoneziyanın Bali adasında planlaşdırılır. Olaylar.az xəbər verir ki, bu barədə Reuters agentliyinə ölkənin iqtisadi məsələlər üzrə koordinator naziri Airlangqa Hartarto məlumat verib. Xatırladaq ki, bir müddət əvvəl Avropa Komissiyasının sədri Ursula fon der Leyen də tərəflərin ticarət sazişi ilə bağlı prinsipial siyasi razılığa gəldiyini açıqlamışdı. Qeyd edək ki, İndoneziyanın ticarət naziri Budi Santoso iyunun əvvəlində bəyan etmişdi ki, hökumət ilin sonuna qədər həm Aİ ilə hərtərəfli iqtisadi əməkdaşlıq sazişini, həm də Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə azad ticarət zonası barədə razılaşmanı yekunlaşdırmağı planlaşdırır.
İndoneziya ilə Aİ arasında iqtisadi əməkdaşlıq danışıqları 2016-cı ildən davam edirdi.Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31