AZ

“Mən də “Qarabağ”a uduzdum”: “Braqa”dan maraqlı video

Portuqaliyanın “Braqa” klubu “Qarabağ”ın UEFA Çempionlar Liqasının əsas mərhələsində “Benfika”ya 3:2 qalib gəlməsinə maraqlı video həsr edib. 

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə klub rəsmi “TikTok” hesabında paylaşım edib. 

Belə ki, videoda “Braqa” loqosunun qarşısında “I was Qarabağed”( Mən də Qarabağa uduzdum) , “Benfika” loqosunda cavab olaraq isə “Me too” (mən də) sözləri yazılıb. Bununla da rəsmdəki iki obrazın (“Braqa” və “Benfika”) ağlayaraq qucaqlaşdığı göstərilib. 

Sözügedən paylaşıma isə azərbaycanlı azarkeşlər “Braqa”nın səmimi klub olması ilə bağlı şərhlər yazıb.

Qeyd edək ki, Portuqaliya klubu tez-tez “Qarabağ”la bağlı paylaşımları ilə diqqət çəkir. Bu isə izləyicilər tərəfindən səmimi qarşılanır. 

Xatırladaq ki, ötən il “Qarabağ” UEFA Avropa Liqasının pley-off mərhələsində “Braqa”nı ümumi 6:5 hesabı ilə məğlub edərək, 1/8 finala adlamışdı. 

Sözügedən paylaşımı təqdim edirik: 

"Cebheinfo.az" 

Seçilən
30
9
cebheinfo.az

10Mənbələr