AZ

Ermənistandakı revanşistləri hansı güclər danışdırır?- ÖZƏL

"Bu günlərdə Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan Zəngəzur  və yaxud ABŞ şirkətinə həvalə ediləcək Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu ilə bağlı açıqlama verib. O, bildirib ki,  hakimiyyətə gəlsələr, bu müqaviləyə yenidən baxacaqlar. Yəni bu nəhəng marşurutun əngəlləmək ehtimalı Rusiyanın maraqları ilə üst-üstə düşür. Şimal qonşumuzun çirklənmiş teleməkanına nəzər salsaq rəsmi Moskvanın  Cənubi Qafqazla, xüsusilə Zəngəzur layihəsi ilə bağlı mövqeyi bəlli olur". "Olaylar" xəbər verir ki, bunu siyasi şərhçi Əkrəm Bəydəmirli deyib: "Bütün hallarda bu strateji Zəngəzur yolunun çəkilişi baş tutacaq. Layihənin tam gerçəkləşməsi ilə bağlı risklər hələ də qalmaqdadır. Ermənistandakı revanşist qüvvələr  Rusiyadan  güc alaraq vəziyyətin dəyişəcəyinə ümid edirdlər. 



Keçmiş SSRİ məkanında  harada münaqişə, separatizm görürsən, dərhal Rusiyanın barmağı orada görünür. Separatizm toxumu əkməklə, təhdid etməklə deyil, yalnız dünyanın hüquq sisteminin qəbul etdiyi prinsiplərlə  qonşu dövlətlərlə əməkdaşlıq etmək mümkündür. 
Bu artıq aksiomadır ki, heç bir cinayət cəzasız qalmır. O baxımdan Seyran Ohanyan, Robert Köçəryanın, Serj Sərkisyanın Xocalı soyqırımında törətdiyi  cinayətləri sübut edəcək kifayət qədər faktlar var.  Müharibə cinayətləri törədən, yüzlərlə dinc azərbaycanlılarının qətlinə fərman verən bu şəxslərin və digərlərinin istintaqa cəlb olunması ilə bağlı ciddi addımlar atılmalıdır. Belə vələdüznaların  azadlıqda qalması beynəlxalq hüquqa hörmətsizlik və regionda sabitliyə təhdiddir. Ona görə, istinaqın əhatə dairəsi genişlənməlidir.
Ermənilərin çox uğursuz ənənəvi təcrübəsindən əl çəkməsi üçün təhqiqat işlərinə beynəlxalq aləmdə tanınan, qəbul edilən ekspertləri cəlb etmək lazımdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
54
3
olaylar.az

4Mənbələr