AZ

Seks rollarına çəkilən aktrisa dindar oldu

Lent az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Yapon-amerikalı porno ulduz Kae Asakura inancı naminə karyerasını dayandırıb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, Asakura dinə yönəldikdən sonra seks-industriyanı tərk edib. O, islamı qəbul edib və hicab geyinməyə başlayıb. O vaxtdan bəri onu məscidlərdə namaz qılarkən görüblər. Hətta Ramazan ayında oruc da tutub.

Asakuranın pərəstişkarları artıq onun yeni imicinə alışmağa başlamışdılar ki, birdən internetdə onun iştirakı ilə yeni porno film yayılıb. Asakura bunu izah etmək üçün tələsib. Onun sözlərinə görə, yayımlanan video iki il əvvəl çəkilib. Əməkdaşlıq etdiyi şirkət, çəkilmiş bütün materiallar tükənənə qədər onun filmlərini yayımlamaqda davam edəcək. Asakura etiraf edib ki, buna mane ola bilmir.

Keçmiş porno ulduzun izləyiciləri həmçinin onun X (keçmiş Twitter) profilində hələ də erotik məzmunlu hesabların linklərinin qaldığını qeyd ediblər. Asakura izah edib ki, işlədiyi müqavilənin şərtlərinə görə hələlik onları silə bilmir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
40
lent.az

1Mənbələr