AZ

“Qarabağ” “Benfika”nın üstünlüyünü alt-üst etdi: Gözlənilən qələbə əvəzinə 3:2-lik tarixi zəfər

“Qarabağ”

“Qarabağ” UEFA Çempionlar Liqasının I turunda səfərdə “Benfika”ya qarşı qazandığı 3:2 hesablı qələbə ilə təkcə tarixi nəticəyə imza atmadı, həm də gözlənilən ssenarini alt-üst etdi. Oyunun əvvəlində “Benfika” 2:0 hesabı ilə önə keçərək azarkeşlərinə asan qələbə vədi verdi. Stadionda hər şey meydan sahiblərinin nəzarətində görünürdü və azarkeşlər bunun davamını gözləyirdi. Lakin matçın gedişi tam fərqli istiqamət aldı. “Qarabağ” ruhdan düşmək əvəzinə oyuna adaptasiya oldu, tempə uyğunlaşdı və ikinci hissədə rəqib üzərində real üstünlük qurdu. Bu üstünlük təkcə qollarla deyil, statistik göstəricilərlə də təsdiqləndi: “Qarabağ”ın gözlənilən qol göstəricisi — 1,55, “Benfika”nın isə cəmi 1,01 idi. Bu, o deməkdir ki, nəticə sadəcə sürpriz deyildi. “Qarabağ” həm texniki, həm taktiki baxımdan rəqibindən daha hazırlıqlı və istəkli idi. Beləliklə, gözlənilən "rahat Benfika qələbəsi" yerini Azərbaycan təmsilçisinin inamlı və əsaslandırılmış qələbəsinə verdi. “Qarabağ”

Diqqət Çəkənlər

Məktəb mövsümündə uşaqlar necə qidalanmalıdır? Pediatrdan valideynlərə vacib tövsiyələr

"Qarabağ"dan Benfika səfərində tarixi geridönüş – 3:2!

“Qarabağ” “Benfika”nın üstünlüyünü alt-üst etdi: Gözlənilən qələbə əvəzinə 3:2-lik tarixi zəfər

Seçilən
12
ulusum.az

1Mənbələr