AZ

Altı ayda Azərbaycana xaricdən 534 milyon dollara yaxın pul baratı daxil olub

BAKI,TurkicWorld

Xaricdən Azərbaycana köçürülmüş pul baratları 533,9 milyon dollar olub.

TurkicWorld xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika departamentinin direktoru Samir Nəsirov bu gün tədiyə balansının təqdimatına həsr olunmuş brifinqdə bildirib.

Onun sözlərinə görə, pul baratları daxil olan ilk üç ölkəyə Rusiya (214 milyon dollar), Türkiyə (52,1 milyon dollar), ABŞ daxildir.

Samir Nəsirov, həmçinin bu dövrdə Azərbaycandan xaricə göndərilən pul baratlarının 238,2 milyon dollar təşkil etdiyini açıqlayıb. Burada da Türkiyə (68 milyon dollar), ABŞ (40 milyon dollar) və Rusiyaya (22,1 milyon dollar) köçürmələr üstünlük təşkil edib.

Seçilən
21
3
turkic.world

4Mənbələr