UEFA Çempionlar Liqasında Liqa mərhələsinin ilk turunun oyunlarından sonra ölkələrin reytinqini yeniləyib.
Msport.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” “Benfika” üzərində tarixi qələbə (3:2) qazanmaqla, ölkəmizin əmsallar cədvəlində xal ehtiyatını artırıb.
Qurban Qurbanovun komandası tarixi uğur sayəsində qazancımızı 0,500 əmsal artırıb. Nəticədə Azərbaycanın cari mövsümkü reytinqi 4,375-ə, son 5 ildəki göstəricisi isə 21.500-ə çatıb.
Bununla bellə, Azərbaycan UEFA reytinqindəki mövqeyi dəyişməz qalıb. Ölkəmiz sıralamada 26-cıdır. Bir addım öndəki Serbiyanın 22.125, təqibçimiz Slovakiyanın isə 21.375 əmsalı var.
Qeyd edək ki, UEFA reytinqinə 95.450 əmsalla İngiltərə liderlik edir.