AZ

Tarixi kitabə gərginliyi: Netanyahu Ərdoğanı hədəf aldı

İsrail Baş naziri, Osmanlı dövründə Qüdsdə tapılan və hazırda İstanbul Arxeologiya Muzeyində saxlanılan tarixi kitabənin geri qaytarılması cəhdinin Türkiyədə siyasi həssaslıq səbəbilə rədd edildiyini iddia edib.

Turkustan.az xəbər verir ki, İsrailin Baş naziri Binyamin Netanyahu Osmanlı İmperatorluğu dövründə Qüdsdə tapılmış Siloam (Silvan) kitabəsini Türkiyədən almağa çalışdığını, lakin o vaxt İstanbul Böyükşəhər Bələdiyyəsinin başçısı olan Rəcəb Tayyib Ərdoğanın və onun seçici bazasının həssaslığı səbəbindən bu cəhdin uğursuzluğa düçar olduğunu bildirib.

Netanyahu bu fikirləri ABŞ dövlət katibi Marko Rubio ilə birlikdə Əl-Əqsa məscidinin yaxınlığında yerləşən və arxeoloji qazıntıların aparıldığı tunelləri ziyarət etdiyi zaman səsləndirib.

Baş nazir bildirib ki, Osmanlı dövründə Şərqi Qüdsdə aşkarlanan və daha sonra İstanbul Arxeologiya Muzeyinə gətirilən Silvan kitabəsinin yəhudi tarixi üçün böyük əhəmiyyət daşıdığını düşünür və bu əsərin İsrailə qaytarılması üçün əvvəllər də rəsmi müraciətlər edilib.

Lakin Netanyahuya görə, o dövrdə İstanbul Böyükşəhər Bələdiyyəsinə rəhbərlik edən Ərdoğanın seçicilərinin reaksiyasına görə bu tələblər rədd edilib:
“Bu yazı bizim tariximiz üçün mühümdür. Amma Ərdoğanın seçici bazası səbəbilə bu tələbi yerinə yetirməkdən çəkinildi.”

Aytən Yaşar/ Turkustan.az

Seçilən
5
turkustan.az

1Mənbələr