AZ

“Silk Way West Airlines” ilk yarımilə 120 mln. xalis mənfəət əldə edib

“Silk Way Holding”ə daxil olan “Silk Vey Vest Aviaşirkəti” MMC (Silk Way West Airlines) 2025-ci ilin birinci yarısının yekununda xalis mənfəəti 120 milyon manat təşkil edib. Halbuki, ötən ilin analoji dövründə bu rəqəm 78 milyon manat idi.

Banker.az bunu aviaşitkətin 2025-ci ilin ilk yarısına olan konsolidasiya edilmiş maliyyə hesabatına istinadən xəbər verir.

Beləliklə, Silk Way West-in xalis mənfəəti 42 milyon manat artaraq 54% yüksəlib.

Şirkətin gəlirləri 2025-ci ilin yanvar-iyun aylarında təxminən 1 milyard 30 milyon manat olub. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 106 milyon manat və ya 9 faiz azalmanı göstərir.

Əməliyyat mənfəəti 182 milyon manata yüksəlib, halbuki 2024-cü ilin eyni dövründə bu göstərici 155 milyon manat idi. Beləliklə, əməliyyat mənfəəti bir ildə 27 milyon manat və ya 17 faiz artıb. Əməliyyat rentabelliyi isə 14 faizdən 18faizə yüksəlib.

Şirkətin mənfəət vergisindən əvvəlki mənfəəti 157 milyon manat olub. Bu, 2024-cü ilin ilk yarısında qeydə alınan 94 milyon manatla müqayisədə 63 milyon manat və ya 67 artım deməkdir.

“Silk Vey Vest Aviaşirkəti” MMC-nin bölüşdürülməmiş mənfəəti 1 iyul 2025-ci il tarixinə 1 mlrd. 409 mln. manat olub.

Seçilən
53
1
banker.az

2Mənbələr