AZ

Qazaxıstan prezidenti Patriarx Kirili “Qızıl Qartal” ordeni ilə təltif etdi

Operativ MM saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirili “Altın Kyran” (“Qızıl Qartal”) ordeni ilə təltif edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Mükafat Astanada keçirilən görüş zamanı təqdim olunub. Dövlət başçısı bu addımla Patriarx Kirillin Qazaxıstan və Rusiya xalqları arasında mənəvi əlaqələrin möhkəmlənməsinə verdiyi töhfəni yüksək qiymətləndirib.

Qeyd edək ki, “Altın Kyran” ordeni Qazaxıstan Respublikasının ali dövlət mükafatlarından biri sayılır və ictimai-siyasi, sosial və mədəni sahələrdə xüsusi xidmətləri olan şəxslərə təqdim olunur.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
36
2
operativmm.az

3Mənbələr