AZ

Fransa və İran XİN rəhbərləri nüvə məsələsini müzakirə edib

İranın xarici işlər naziri Abbas Əraqçı ilə fransalı həmkarı Jan Noel Baro arasında telefon danışığı baş tutub.

Missiya.Az xəbər verir ki, söhbət zamanı Fransa tərəfi bölgədə artmaqda olan gərginlikdən narahatlığını ifadə edib. 

Baro qarşılıqlı dialoqun qorunmasının və tərəflərin diplomatik yola qayıtmasının vacibliyini vurğulayıb. 

Əraqçı isə cavabında Avropa ölkələrinin “snapback” mexanizmini işə salmaq cəhdinin nə siyasi, nə də hüquqi əsasının olmadığını bildirib. 

O İranın beynəlxalq məsələlərin, o cümlədən nüvə proqramının yalnız diplomatik yollarla həllinə sadiq qaldığını qeyd edib:

“Biz qarşılıqlı faydaya əsaslanan və ədalətli istənilən həll yoluna hazırıq”, - deyə Əraqçı əlavə edib.

Daşqın HəsənovMissiya.Az

Seçilən
42
1
missiya.az

2Mənbələr