AZ

Türkiyədə FETÖ-yə üzv olan 10 zabit saxlanıldı

Ankara Respublika Prokurorluğunun Terror Cinayətləri İstintaq Bürosu Türkiyə Hərbi Dəniz Qüvvələri komandanlığında əməliyyat keçirib. 

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb. 

Bildirilir ki, aparılan istintaq çərçivəsində komandanlıqda çalışan zabit olmaqla, 9-u əvvəllər vəzifədən azad edilmiş kiçik zabit barəsində həbs qərarı çıxarılıb. Sözügedən şübhəlilərin hər biri saxlanılıb. 

Onların FETÖ/PDY silahlı terror təşkilatı üzvləri olduğu açıqlanıb. İstintaqın müxtəlif aspektlərdən davam etdiyi bildirilir.

Seçilən
45
unikal.az

1Mənbələr