AZ

Zahid Ouc: Bank sistemi yerinə yetirilməyən məhkəmə qərarlarının əsas səbəbidir

BAKI, 15 sentyabr. TELEQRAF

Nə qədər ki, bank sistemimiz bu faizlərlə və şərtlərlə çalışır, yəni əmlak, girov və maaş təminatı olmayan kreditlər verir bu cür problemlər olacaq. Faktiki olaraq bu gün 340 mindən artıq yerinə yetirilməyən məhkəmə qərarı məhz o sistemlə bağlıdır.

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında komitə sədri Zahid Ouc deyib.

O bildirib ki, bank sistemi bu cür yerinə yetirilməyən məhkəmə qərarı durumunu yaradır: "Nə qədər ki, bu prosesin qarşısını kəsməmişik, onda hamımız telefondan asılı qalacağıq, kimlərdənsə xahiş edəcəyik ki, filan qərarlar yerinə yetirilsin və s".

Seçilən
91
teleqraf.com

1Mənbələr