
Bu ilin əvvəlindən Azərbaycanın strateji valyuta ehtiyatları 6,7 milyard ABŞ dolları artaraq 77,7 milyard dollaraçatıb.
Bunu Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən mətbuat konfransında qurumun Statistika departamentinin direktoru Samir Nəsirov deyib.
O bildirib ki, hesabat dövründə Azərbaycanın ixrac etdiyi neftin orta qiyməti 70,7 ABŞ dolları, təbii qazın isə min kubmetrinin qiyməti isə 301 ABŞ dollar təşkil edib.