AZ

Azərbaycanda telekommunikasiya sektorunda böhran: Azercell müştəriləri aldatmaqda davam edir


Azərbaycanda telekommunikasiya bazarında vəziyyət getdikcə daha da bərbad hala gəlir. Xüsusilə, Azercell abunəçiləri hər gün sosial şəbəkələrdə, müxtəlif qruplarda eyni şikayəti səsləndirirlər: ödəniş etdikləri internet paketi cəmi bir neçə dəqiqə ərzində bitir.
Texniki baxımdan bu, mümkün olmayan bir haldır. Bir neçə dəqiqəyə bütün internet paketinin tükənməsi açıq şəkildə müştərinin aldadılması deməkdir. Bununla yanaşı, şirkət yüksək qiymət siyasətini davam etdirərək abunəçiləri həm maddi, həm də mənəvi ziyana uğradır.
Vətəndaşların haqlı narazılığına baxmayaraq, nəzarət orqanları bu məsələni görməzlikdən gəlir. Prezident yanında Antiinhisar Siyasəti və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin fəaliyyətsizliyi isə ictimaiyyətdə haqlı suallar doğurur: kim və nə üçün bu şirkətin müştəriləri açıq-aşkar aldatmasına göz yumur?
Azərbaycanda internetin qiyməti durmadan artdığı halda, keyfiyyətin azalması ölkədə rəqəmsal inkişafı, eləcə də vətəndaşların gündəlik həyatını birbaşa təhlükə altına alır. Bu, artıq təkcə xidmət problemi deyil, həm də ictimai etimad böhranıdır.
Hazırkı vəziyyətdə insanlar faktiki olaraq seçim imkanından məhrum qalıb və keyfiyyətsiz, baha xidmətə məcbur ediliblər.

İlkin Məmmədkərimov
7NEWS.az
Seçilən
32
2
7news.az

3Mənbələr