AZ

Ursula Fon der Lyayenin başı dərddədir - gələn ay etimadsızlıq səsverməsi keçiriləcək...


Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin başı dərddədir. Çünki oktyabrın əvvəllərində Avropa Parlamentində Avropa Komissiyasına qarşı etimadsızlıq müraciətləri üzrə səsvermə keçiriləcək. “Tagesschau” xəbər xidmətinin məlumatında deyilir ki, Avropa Parlamentinin sədri Roberta Metsola bu barədə deputatları məlumatlandırıb.

Sağçı PfE fraksiyası və solçu fraksiya tərəfindən təqdim edilən müraciətlərdə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin iqlim və miqrasiya siyasəti tənqid olunur. O, həmçinin şəffaf olmamaqda və senzura ilə məşğul olmaqda ittiham edilir.

Mətləb Salahov

Seçilən
17
baki-xeber.com

1Mənbələr