AZ

Razi Nurullayev: Məcburi köçkünlərə qarşı ayrı-seçkilik yaratmaq doğru deyil

Son vaxtlar məcburi köçkünlərlə bağlı ictimai müzakirələrdə ayrı-seçkilik tendensiyası yaranıb.Bunu  Milli Məclisin deputatı Razi Nurullayev bildirib.

Deputatın sözlərinə görə, bu yanaşma 1 milyondan artıq məcburi köçkünə qarşı ictimai aqressiyaya səbəb ola bilər.

“Qarabağ azad olunub. Prezident dəfələrlə bölgəyə səfər edərək məcburi köçkünlərlə görüşüb. Onlar üçün yeni, müasir yaşayış evləri inşa edilir. Minlərlə insan bu prosesə könüllü şəkildə qoşulub,” –  Nurullayev qeyd edib.

Deputat vurğulayıb ki, fərdi narazılıqlar və ya bir neçə şəxsin davranışı əsasında bütöv bir icmaya qarşı neqativ münasibət formalaşdırmaq düzgün deyil.

Gülnar Nazimqızı 

Seçilən
49
1
anews.az

2Mənbələr