AZ

Məhkəmə qərarlarının icra olunmaması banklarla bağlıdır - Komitə sədri

"Məhkəmə qərarlarının icrası ilə bağlı məsələlərdə problemlər var. Yaz sessiyası dövründə qanun layihəsi qəbul etdik. Bu, "Xüsusi icra məmurları haqqında" qanundur".

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında deputat Arzuxan Əlizadə deyib. 

"Statistik məlumatlar onu deməyə əsas verir ki, məhkəmə qərarları təxminən 50 faiz icra olunmur. Bununla bağlı ciddi problemlər var. Bu məsələlər xüsusi olaraq diqqətdə saxlanmalıdır", - deyə deputat bildirib.

Komitə sədri Zahid Oruc isə məsələ ilə bağlı bildirib ki, məhkəmə qərarlarının 50 faizinin icra olunmamasının səbəbi banklarla bağlıdır:

“Bank vətəndaşın vəziyyətini nəzərə almadan ona küllü miqdarda kredit verirsə, nəticəsini də bilməlidir ki, onu almaqda çətinlik çəkəcək. Burada problem onların üzərinə düşür və məhkəmə sistemini buna görə qınaya bilmərik”.

Seçilən
46
7
modern.az

9Mənbələr