AZ

İran Babəki edam etdi

İranda casusluqda və İsraillə təhlükəsizlik sahəsində əməkdaşlıqda təqsirli bilinən Babək Şahbazi çərşənbə günü səhər edam edilib.

Publika.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Şahbazi, Ali Məhkəmə onun İsrailin “Mossad” kəşfiyyat agentliyi ilə əlaqəsini təsdiqlədikdən sonra edam edilib.

İran mediası yazır: “İsrailin kəşfiyyat agentliyi “Mossad” dəfələrlə İranda casusluq, təxribat və terror əməliyyatları həyata keçirib”.

Seçilən
56
publika.az

1Mənbələr