Rusiyanın Səhiyyə Nazirliyinin baş onkoloqu, Rusiya Elmlər Akademiyasının akademiki Andrey Kaprin sentyabrın 16-da açıqlayıb ki, kişilər arasında prostat vəzi xərçəngi, qadınlar arasında isə süd vəzi xərçəngi ən geniş yayılmış xərçəng növləridir. Olaylar.az xəbər verir ki, onun sözlərinə görə, kişilərdə ikinci yerdə bronx, nəfəs borusu və ağciyər xərçəngi, üçüncü yerdə isə kolorektal xərçəng dayanır. Qadınlarda isə süd vəzi xərçəngindən sonra uşaqlıq cismi xərçəngi, daha sonra kolorektal xərçəng müşahidə olunur.Kaprin əlavə edib ki, Rusiyada ən çox rast gəlinən ümumi xərçəng forması dəri xərçəngidir.
Həkim-onkoloq Suna İsakova isə vurğulayıb ki, profilaktik tədbirlərə siqaret və alkoqoldan imtina, solyariyə getməmək, çəkiyə nəzarət, düzgün qidalanma, günəşdən qoruyucu vasitələrdən istifadə və fiziki aktivlik daxildir. Onun sözlərinə görə, tez-tez rast gəlinən şişlər üçün skrininq müayinələri də vacibdir.Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31