Ajans.az xəbər verir ki, bu barədə "Skay Nyus Arabia" mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, bir gün əvvəl, sentyabrın 17-də Londonda İsrailin strateji işlər naziri Ron Dermer və Suriyanın xarici işlər naziri Əsəd əs-Şeybani arasında görüş keçiriləcək və tərəflər təhlükəsizlik razılaşması təklifini müzakirə edəcəklər. Danışıqlarda ABŞ-ın xüsusi elçisi Tom Barak da iştirak edəcək. Toplantı bu formatda üçüncü üçtərəfli görüş olacaq.