AZ

"Ölmüş şəxsin sağlığında etdiyi xeyirli əməl onu təqib edir" - Tural İrfan yazır

Həzrət İmam Əli (ə) buyurub: "Ölən şəxsi, vəfatından sonra üzərinə savabı yazılan sədəqəi-cariyə (davamlı sədəqə) xaric, əməlindən heç bir şey təqib etməz." (Müsnədi İmam Zeyd 594-cü hədis).
Yəni, ölmüş şəxsin sağlığında etdiyi xeyirli və davamlı əməl onu təqib edər, ona savab qazandırar. Ağac əkib, yol saldırıb, bulaq çəkib, tələbə oxudubsa buna sədəqəi-cariyə (davamlı sədəqə) deyilir. Tutaq ki, yasda yemək vermək kimi yox. Çünki bu davamlı sədəqə deyil. Hamı yedi, durdu çıxdı getdi, vəssalam.
Amma əsl sədəqə davamlı olan, davamlı savab gətirən əməllərdir. Əgər adamın özü sağlığında xeyirli işlər etməyibsə öləndən sonra istəyir bütün xalqa ehsan ver, o dünyada ona heç bir xeyri yoxdur.
Tural İrfan, dinşünas
Seçilən
22
news365.az

1Mənbələr