AZ

Metronun eskalatorlarında “insan seli” – Bakı Metropoliteni təhlükə riskinə aydınlıq gətirdi

Bu gün tıxaclar Bakının əsas problemlərindən birinə çevirilib. Xüsusilə, pik saatlarda ictimai nəqliyyatda sıxlıq daha da artır. Bakı Metropolitenində, eskalatorlarda insan seli səbəbilə addımbaddım hərəkət etmək məcburiyyəti yaranır. Eskalatorlar həddən artıq yüklənir, həm sağ, həm də sol keçid dolu vəziyyətdə olur.

Maraqlıdır ki, bu vəziyyət eskalatorların qırılmasına və əlavə faciəvi nəticələrə səbəb ola bilərmi?

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, eskalatorların hər biri müvafiq yük üçün nəzərdə tutulub:

“Sərnişin sıxlığından asılı olmayaraq, eskalatorun özünün fiziki cəhətdən tutumu var. Bunlar hamısı mühəndislik qaydasında hesablanmış qurğulardır və narahatlığa əsas yoxdur. Eskalatorların texniki baxışı hətta onlar saz vəziyyətdə olsa belə daim həyata keçirilir. Eskalatorlar 150 min kilometr məsafə qət etdikdən sonra texniki baxışdan keçirilir”.

Naibə Məmmədova, Bizim.Media

Seçilən
35
1
bizim.media

2Mənbələr