AZ

“Microsoft” oktyabrda Windows 10-un dəstəyini dayandıracaq.

“Microsoft” şirkəti 2025-ci il 14 oktyabr tarixindən etibarən Windows 10 əməliyyat sisteminə dəstəyi dayandıracağını elan edib. Bu tarixdən sonra bütün versiyalar aylıq təhlükəsizlik yeniləmələri almayacaq və bu da cihazları təhdidlərə qarşı həssas edəcək.

“Kasperski Laboratoriyası”nın 2025-ci ilin sentyabrına dair məlumatına görə, istifadəçilərin yarıdan çoxu hələ də Windows 10-da işləyir. Mütəxəssislər xəbərdarlıq edirlər ki, köhnəlmiş əməliyyat sistemindən istifadə ciddi risklər yaradır, xüsusən də biznes üçün, çünki bu, haker hücumlarına qarşı zəifliyi artırır və yeni proqram təminatı ilə uyğunsuzluq yarada bilər.

Qeyd edək, “Microsoft” daha əvvəl istifadəçilərə Windows 11-ə keçməyi tövsiyə etmişdi. Şirkət həmçinin istifadəçilərə Windows 10-un dəstəyini bir il uzatmaq üçün 30 ABŞ dolları məbləğində ödəməyi də təklif edib.

Seçilən
48
banker.az

1Mənbələr