AZ

Məktəbin qarşısında qəza - Ana və dərsə gedən iki övladını maşın vurdu

Mingəçevirdə minik maşını övladlarını məktəbə aparan ana və iki övladını vurub.

"Unikal"ın məlumatına görə, hadisə Heydər Əliyev prospektinin 6 saylı orta məktəbin qarşısından keçən hissəsində baş verib. "Opel" markalı avtomobil yolu keçən 1989-cu il təvəllüdlü Yusibova Səbayət Tahir qızını və övladları - 2013-cü il təvəllüdlü Gülər Ramin qızı Yusibovanı və 2014-cü il təvəllüdlü Yusibli Rüstəm Ramin oğlunu vurub.

Sürücü dərhal hər üç yaralını xəstəxanaya çatdırıb.

Faktla bağlı araşdırma başlanıb.

Ehtiram Muradov

Seçilən
72
3
unikal.az

7Mənbələr