Mingəçevir şəhərində avtomobil bir ailənin 3 üzvünü vurub.
Missiya.Az "Report"a istinadən xəbər verir ki, Mingəçevirdə yolu qarşı tərəfə keçmək istəyən 1989-cu il təvəllüdlü S.Yusibova, 2014-cü il təvəllüdlü G.Yusibova və 2013-cü il təvəllüdlü R.Yusiblini avtomobil vurub.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxslər Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasına çatdırılıb.
Qeyd edək ki, xəsarət alanlar bir ailənin üzvləridir.
Faktla bağlı araşdırma aparılır.