AZ

İranda İsrailin xeyrinə casusluqda ittiham olunan şəxs edam edilib

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

İsrailin xeyrinə casusluqda ittiham olunan Babək Şahbazi adlı şəxs sentyabrın 17-də səhər saatlarında edam edilib.

Bizimyol.info xəbər verir ki, bu barədə İranın dövlət teleradio şirkəti xəbər verib.

Qeyd olunur ki, Şahbazi İsrail kəşfiyyat xidmətləri ilə əməkdaşlıqda və onlara məxfi məlumatlar verməkdə ittiham olunurdu. İran Ali Məhkəməsi hökmü təsdiqlədikdən sonra o, asılaraq edam edilib.

İyunun 13-nə keçən gecə İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. Bir gün keçməmiş İslam Respublikası cavab hücumu həyata keçirdi.

Birləşmiş Ştatlar münaqişənin gərginləşməsindən 9 gün sonra İranın Fordo, Natanz və İsfahandakı nüvə obyektlərinə zərbələr endirib.

İran iyunun 23-ü axşam saatlarında Amerikanın Yaxın Şərqdəki ən böyük aviabazasına, Qətərdəki Əl-Udeyd aviabazasına hücum edib. Bunun ardınca ABŞ prezidenti Donald Tramp İsrail və İranın atəşkəs barədə razılığa gəldiyini açıqlayıb. Atəşkəs iyunun 24-dən qüvvəyə minib.

İran mətbuatının məlumatına görə, iyunun 13-də İsraillə silahlı münaqişə başlayandan İranın hüquq-mühafizə orqanları İsrail kəşfiyyatına işləməkdə şübhəli bilinən azı 700 nəfəri saxlayıb.

Saxlanılanların əksəriyyəti İran ərazisindən kiçik pilotsuz təyyarələr buraxmaqda, əldəqayırma bombalar hazırlamaqda və məlumatları İsrail kəşfiyyatına ötürmək üçün hərbi obyektləri lentə almaqda ittiham olunur.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
2
bizimyol.info

4Mənbələr