AZ

"Qarabağ"ın zəfəri Azərbaycana nə qazandırdı? - REYTİNQ

UEFA Çempionlar Liqasında Liqa mərhələsinin ilk turunun görüşlərindən sonra ölkələrin reytinqini yeniləyib.

Fanat.Az-ın məlumatına görə, Azərbaycan çempionu "Qarabağ" ötən gecə "Benfika" üzərində tarixi qələbə (3:2) qazanmaqla, ölkəmizin əmsallar cədvəlində xal ehtiyatını artıra bilib. 

Qurban Qurbanovun komandası tarixi uğur sayəsində qazancımızı 0,500 əmsal artırıb. Nəticədə Azərbaycanın cari mövsümkü reytinqi 4,375-ə, son 5 ildəki göstəricisi isə 21.500-ə çatıb. 

Bununla bellə, Azərbaycan UEFA reytinqindəki mövqeyi dəyişməz qalıb. Ölkəmiz sıralamada 26-cıdır. Bir addım öndəki Serbiyanın 22.125, təqibçimiz Slovakiyanın isə 21.375 əmsalı var. 

Qeyd edək ki, UEFA reytinqinə 95.450 əmsalla İngiltərə liderlik edir.

Seçilən
39
2
fanat.az

4Mənbələr