AZ

Hər şey onlara halaldır!

Ötən ayın sonunda Prezidentin ehtiyat fondundan “Qarabağ” FK-ya 5 milyon manat ayrılmışdı. Bu böyük futbol üçün böyük məbləğ olmasa da, amma ölkə Prezidentinin bu kluba şəxsən göstərdiyi münasibət və dəstək idi.
Belə hallarda:
Dini baxımdan deyirlər ki, ayrılan vəsait, qazandıqları sevgi və hər şey onlara halaldır.
İqtisadi dildə yazılır ki, bu nümunə ayrılan vəsaitlərin səmərəli istifadə edilməsinə dair bariz nümunədir.
Sadə dildə isə deyirlər ki, hamı göstərilən etimaddan, ayrılan vəsaitlərdən və mövcud resurslardan “Qarabağ” kimi istifadə etsəydi, hər yan güllü-gülüstan olardı.
... və bizə sevinc yaşatdığı üçün “Qarabağ”a təşəkkür edir və davamlı qələbələr arzulayırıq!
Eldəniz Əmirov, iqtisadşı ekspert
Seçilən
43
news365.az

1Mənbələr