AZ

Nigeriyada “Lassa” qızdırmasından 162 nəfər ölüb

Azpolitika.az saytına istinadən ain.az xəbər verir.

Nigeriyada heyvanlardan insanlara keçən xəstəlik olan "Lassa" qızdırmasından bu il ölənlərin sayı 162 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə Nigeriyanın Xəstəliklərə Nəzarət Mərkəzi məlumat yayıb.

Mərkəz paytaxt Abuca da daxil olmaqla, digər 21 ştatda "Lassa" qızdırmasına yoluxmaların artmaqda davam etdiyini açıqlayıb.

Qeyd olunur ki, 25-31 avqustda "Lassa" qızdırmasına 10 yoluxma aşkarlanıb və bununla da yanvarın 1-dən avqustun 31-dək yoluxma hallarının ümumi sayı 871-ə çatıb.

Açıqlamada bu müddət ərzində "Lassa" qızdırmasından ölənlərin sayının 162-yə yüksəldiyi də qeyd edilib.

Lassa virusu ötən il ölkədə 190 nəfərin həyatına son qoyub.

Nigeriya hökuməti 23 yanvar 2019-cu ildə "Lassa" qızdırması səbəbindən fövqəladə vəziyyət elan edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
50
1
azpolitika.info

2Mənbələr