AZ

"Benfika" "Qarabağ"a uduzduqdan sonra baş məşqçisini istefaya göndərdi

BAKI, 17 sentyabr. TELEQRAF

Portuqaliya təmsilçisi "Benfika" UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk oyununda "Qarabağ"a uduzduqdan sonra baş məşqçisi Brunu Laje ilə yollarını ayırıb.

Teleqraf xəbər verir görə, bu barədə Lissabon təmsilçisinin prezidenti Ruy Koşta açıqlama verib.

O, bunun üçün təəssüfləndiyini bildirib.

Funksioner həftəsonunadək yeni baş məşqçinin təyin ediləcəyini sözlərinə əlavə edib.

Qeyd edək ki, "Qarabağ" səfərdə "Benfika"nı 3:2 hesabı ilə məğlub edib.

Seçilən
28
2
teleqraf.com

10Mənbələr