AZ

“Tencent Holdings” istiqraz yerləşdirmək yolu ilə $1.27 milyard cəlb edib

Çinin investisiya şirkəti “Tencent Holdings” (“WeChat” messencerinə sahibdir) son dörd ildə ilk dəfə ofşor yuan istiqrazlarının buraxılışı zamanı 1.27 milyard dollar cəlb edib. “Reuters”in verdiyi məlumata görə, cəlb olunan vəsaitin həcmi ilkin olaraq gözlənilən 1 milyard dollardan yüksək olub.

16 sentyabrda şirkət 5, 10 və 30 illik istiqrazlar buraxıb. Onlar “Bank of China”, “Agricultural Bank of China”, “CITIC Securities”, HSBC, ICBC və “JPMorgan” vasitəsilə yerləşdirilib. Beşillik istiqrazlar 2 milyard yuan məbləğində 2.1% ilə, onillik istiqrazlar 6 milyard yuan məbləğində 2.5% ilə yerləşdirilib. Daha uzunmüddətli istiqrazlar isə 1 milyard yuan məbləğində 3.1% ilə cəlb olunub.

“Tencent Holdings”in gəliri ikinci rübdə ötən illə müqayisədə 15% artaraq 184.5 milyard yuana (25.7 milyard dollar) çatıb. Gəlirin əsas artım sahələri şirkətin oyun bölməsi və süni intellektə yatırımlar olub.

Seçilən
23
banker.az

1Mənbələr